2 məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
18 Yanvar 2025
22:55 - 17 Yanvar 2025
Ukrayna Rusiyanın Belqorod ərazisinə ABŞ istehsalı olan uzaqmənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) raketləri ilə hücum edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, Ukrayna ərazisindən Belqorod bölgəsindəki mövqelərə ATACMS raketləri atılıb. Açıqlamada 6 ədəd ATACMS raketinin Belqorod üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, hücum cəhdində ölən və ya dağıntı olmadığı qeyd edilib. Rusiya Müdafiə Nazirliyi cavab hücumları həyata keçirmək üçün tədbirlər görəcəyini bildirib.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirməsinə icazə vermişdi. Ukrayna vaxtaşırı ATACMS və “Storm Shadow” qanadlı raketləri ilə Rusiya ərazisinə hücumlar təşkil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin