2 məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
18 Yanvar 2025
21:00 - 17 Yanvar 2025
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.
“Hazırda danışıqların yekun mərhələsindəyik - qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”, - o deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihəsi davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin