2 məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
18 Yanvar 2025
17:09 - 17 Yanvar 2025
Norveçli mütəxəssis Ole Qunnar Sulşer Türkiyənin "Beşiktaş" klubuna baş məşqçi təyin olunmasını şərh edib.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Burada olmaqdan çox məmnunam. Bu böyük klubda çoxlu yaxşı insanların olması gözəldir. Biz artıq ilk iclası keçirmişik. İşimə başlamağı səbirsizliklə gözləyirəm. Bu gözəl şəhərdə olmaq çox xoşdur", - Sulşerin sözlərini klubun mətbuat xidməti rəsmi saytında sitat gətirir.
Xatırladaq ki, norveçli məşqçi 2021-ci ilin noyabrından işsiz idi. 51 yaşlı mütəxəssisin son klubu İngiltərənin "Mançester Yunayted"i olub.
“Beşiktaş” Türkiyə çempionatının turnir cədvəlində 6-cı yerdədir. 18 görüşdən sonra ağ-qaraların 30 xalı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin