Hakan Fidan Bakıya gəlir

15:12 - 17 Yanvar 2025

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Danışıqlar zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə olunacaq.

Həmçinin iki ölkə arasında ticarət həcminin 15 milyard dollara çatdırılması məqsədinə nail olmaq üçün atılacaq addımlar, mədəniyyət, turizm, səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Nazir Fidanın həmkarı Bayramovla Azərbaycan və Ermənistan arasında sülh prosesi, Suriya, Qəzza və Ukraynada baş verən proseslər, regional və qlobal gündəmdəki digər məsələləri də müzakirə edəcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev nazir Fidanı ofisində qəbul edəcək.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin