Cahangir Əsgərovun xanımı VƏFAT ETDİ
17 Yanvar 2025
09:21 - 17 Yanvar 2025
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Dohada İsrail və Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs və girovların azad edilməsi sazişinin imzalandığını təsdiqləyib.
Manset.az bildirir ki, bu barədə "Jerusalem Post" xəbər verir. ABŞ, Misir və Qətər müqavilənin qarantı kimi çıxış ediblər.
Qəzet qeyd edib ki, yaxın bir neçə gün ərzində İsrailin Baş naziri Benyamin Netanyahu sazişi təsdiqləmək üçün nazirlər kabinetini toplayacaq. Tərəflər 42 günlük atəşkəsə razılaşıb və 15 ay ərzində 46 min fələstinlinin və 1500-ə yaxın israillinin həyatına son qoyan döyüşləri nəhayət bitirmək istəklərini bəyan ediblər.
İlkin olaraq 33 israilli girov 1000-ə yaxın fələstinli məhbusun əvəzində azad ediləcək. Anklava humanitar yardımın tədarükü gündə 50 yanacaq maşını da daxil olmaqla 600 yük maşınına qədər artacaq. Fələstinlilərə 200 min çadır və 60 min mobil ev veriləcək. Qətər, Misir və ABŞ Qahirədə koordinasiya mərkəzi yaradacaq.
Atəşkəsin 16-cı günündə İsrail və HƏMAS razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlamaq öhdəliyi götürüblər. Buraya qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının tamamilə çıxarılmasının daxil olacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin