Lukaşenko bu hədiyyəni heç kimə verməyəcək

14:32 - 16 Yanvar 2025

Lukaşenko bu hədiyyəni heç kimə verməyəcək

Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minsk şəhər texnoparkının ərazisində yerləşən “Мотовелозаводом” şirkətinin istehsalı olan “Минск” markalı motosikleti hədiyyə edilib.

 

Manset.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Hədiyyə müəssisənin qorunmasında göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən zavod kollektivi adından təqdim olunub. Bildirilir ki, «Минск Д4 125»  motosikleti yenilənmiş istehsal xəttində ilk motosiklet olub.

Lukaşenko qeyd edib ki, aldığı bütün hədiyyələri dövlətə təhvil verəcək, lakin motosikleti özü üçün saxlayacaq.


Xəbər xətti

17 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin