Uzun müddət sonra Qəzzada xoşbəxt anlar - Video
16 Yanvar 2025
23:25 - 15 Yanvar 2025
Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, bu haqda İstanbul Valiliyi bəyanat yayıb.
“13.01.2025-ci il bazar ertəsi günündən etibarən İstanbulda saxta spirtli içkilərdən istifadə nəticəsində zəhərlənmə hallarında ciddi artım müşahidə olunub. Son 48 saat ərzində ümumilikdə 66 alkoqol zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü həyatını itirib. İntubasiya olunmuş 32 xəstənin reanimasiya şöbələrində müalicəsi davam etdirilir. 01.01.2025-ci il tarixindən indiyədək İstanbulda saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib”, - açıqlamada qeyd olunub.
Bildirilir ki, polis bölmələri şəhər daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.
Məlumata görə, Türkiyədə 2025-ci il yanvarın 1-dən həyata keçirilən əməliyyat tədbirləri ilə ümumilikdə 29 ton saxta spirtli içki müsadirə edilib, saxta və qeyri-qanuni spirtli içkilərin satışı ilə məşğul olduğu aşkarlanan 64 sahibkarlıq subyektinin lisenziyası ləğv edilərək bağlanıb. 2024-cü ildə ümumilikdə 302 ton saxta spirtli içki müsadirə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin