İlon Mask məhkəməyə VERİLDİ

23:15 - 15 Yanvar 2025

İlon Mask məhkəməyə VERİLDİ

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskı məhkəməyə verib.

 

Manset.az BBC-yə istinadən xəbər verir ki, qurum milyarderi "Twitter" səhmlərinin satın alınması ilə bağlı açıqlama verməməkdə ittiham edir.

Bildirilib ki, bu, İlon Maska səhmləri “süni aşağı qiymətlərlə” almağa imkan verib.

Maskın vəkilləri iddianı saxtakarlıq adlandırıblar. SEC qeyd edir ki, Maskın bu addımı maliyyə bazarlarının etik normalarını pozub.

SEC-in məlumatına görə, Mask səhmlərinin 5%-i keçdiyini bəyan etmədiyi üçün qaydaları pozub. O, bunu 10 gün ərzində açıqlamalı idi, lakin Mask bunu müqavilədən 21 gün sonra açıqlayıb. Nəticədə o, 150 milyon dollara qənaət edib.

Qeyd edək ki, Mask 2022-ci ildə "Twitter"i 44 milyard dollara alıb.


Xəbər xətti

16 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin