Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

22:10 - 15 Yanvar 2025

Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.

 

Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən bildirilib.

“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir.


Xəbər xətti

16 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin