Öz işini qurmaq istəyənlərə ŞAD XƏBƏR

18:53 - 15 Yanvar 2025

Öz işini qurmaq istəyənlərə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, siyahıya "Qəssab dükanı", "Kotançılıq", "Özünəxidmət avtoyuma", "Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri", "Avtorazval xidmətləri" istiqamətləri daxil edilib.

Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.

Həmçinin proqram çərçivəsində təklif olunan digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin