Ermənistan Rusiyaya nota verdi

13:29 - 15 Yanvar 2025

Ermənistan Rusiyaya nota verdi

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.

Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır.

"Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 12-də Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesini dəstəkləmək qərarı mövzusunda reportaj yayımlanıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin