Trampın andiçmə mərasimində 3 milyarder iştirak edəcək

11:56 - 15 Yanvar 2025

Trampın andiçmə mərasimində 3 milyarder iştirak edəcək

“Amazon.com” onlayn pərakəndə satış şirkətinin yaradıcısı və sahibi Ceff Bezos, Tesla və SpaceX-in baş rəhbəri İlon Mask və Meta”nın qurucusu və rəhbəri Mark Zukerberq  ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcəklər.

 

Manset.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Mərasimə Tramp administrasiyasının bəzi rəsmiləri və namizədləri də dəvət olunub.

"Onlara mərasimdə görkəmli yer veriləcək, digər nüfuzlu şəxslər, o cümlədən Trampın Nazirlər Kabinetinin namizədləri və seçilmiş rəsmilər ilə bir platformada oturacaqlar",  - açıqlamada qeyd olunub.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin