"Övladımın ölkədə tibb təhsili almasını istəmərəm" - Deputatdan qalmaqallı AÇIQLAMA
15 Yanvar 2025
10:59 - 15 Yanvar 2025
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun özü bildirib.
"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur",- deyə sabiq deputat ona zəng edən əməkdaşa bildirib.
Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, suala cavab verməkdən yayınıb və "nə isə" deməklə kifayətlənib.
Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.
O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin