2025-ci ilin ən güclü orduları - SİYAHI

23:25 - 14 Yanvar 2025

2025-ci ilin ən güclü orduları - SİYAHI

2025-ci ilin ən güclü orduları sıralaması təqdim olunub.

 

Manset.az xəbər verir ki, GlobalFirepower.com tərəfindən hazırlanan illik hesabatda dünyanın ən güclü orduları sıralanıb. Hesabata əsasən, Türkiyə 145 ölkə arasında 9-cu yerdədir. Burada Türkiyə ordusunun güclənən yerli müdafiə sənayesi və müasir texnologiyalarla inkişaf edən qüvvələrindən bəhs edilib. Hesabatda, həmçinin ABŞ, Rusiya, Çin kimi ölkələrin orduları detallı şəkildə analiz edilib.

Top 15 güclü ordu sıralaması və detalları:

1. ABŞ

Hərbi güc indeksi: 0.0744
Ümumi personal: 2,127,500
Hərbi hava qüvvələri: 13,043 hava vasitəsi (1,790 hücum təyyarəsi)
Dəniz qüvvələri: 440 gəmi (81 destroyer, 70 sualtı)
Tanklar: 4,640
Nəqliyyat vasitələri: 391,963

2. Rusiya

Hərbi güc indeksi: 0.0788
Ümumi personal: 3,570,000
Hərbi hava qüvvələri: 4,292 hava vasitəsi (833 hücum təyyarəsi)
Dəniz qüvvələri: 419 gəmi (10 destroyer, 63 sualtı)
Tanklar: 5,750

3. Çin

Hərbi güc indeksi: 0.0788
Ümumi personal: 3,177,000
Hərbi hava qüvvələri: 3,309 hava vasitəsi (1,212 hücum təyyarəsi)
Dəniz qüvvələri: 754 gəmi (50 destroyer, 61 sualtı)
Tanklar: 6,800

4. Hindistan

Hərbi güc indeksi: 0.1184
Ümumi personal: 5,137,550
Hərbi hava qüvvələri: 2,229 hava vasitəsi (513 hücum təyyarəsi)
Tanklar: 4,201

5. Cənubi Koreya

Hərbi güc indeksi: 0.1656
Ümumi personal: 3,820,000
Hərbi hava qüvvələri: 1,592 hava vasitəsi (315 hücum təyyarəsi)
Tanklar: 2,236

6. Böyük Britaniya

Hərbi güc indeksi: 0.1785
Ümumi personal: 1,108,860
Hərbi hava qüvvələri: 631 hava vasitəsi (113 hücum təyyarəsi)
Tanklar: 227

7. Fransa

Hərbi güc indeksi: 0.1878
Ümumi personal: 376,000
Hərbi hava qüvvələri: 976 hava vasitəsi (226 hücum təyyarəsi)
Tanklar: 215

8. Yaponiya

Hərbi güc indeksi: 0.1839
Ümumi personal: 318,150
Hərbi hava qüvvələri: 1,443 hava vasitəsi (217 hücum təyyarəsi)
Tanklar: 521

9. Türkiyə

Hərbi güc indeksi: 0.1902
Ümumi personal: 883,900
Hərbi hava qüvvələri: 942 hava vasitəsi
Hücum təyyarələri: 205
Helikopterlər: 273
Təlim vasitələri: 309
Tanklar: 2,229
Dəniz qüvvələri: 147 gəmi (12 sualtı, 16 freqat, 9 korvet)

10. İtaliya

Hərbi güc indeksi: 0.2164
Ümumi personal: 289,000
Hərbi hava qüvvələri: 729 hava vasitəsi (537 hücum təyyarəsi)
Tanklar: 227

11. Braziliya,
12. Pakistan,
13. İndoneziya,
14. Almaniya,
15. İsrail

Türkiyənin hərbi gücü və üstünlükləri:

Türk Hərbi Hava Qüvvələri: F-16 Fighting Falcon-lar, T129 hücum helikopterləri və Hürkuş təlim təyyarələri ilə güclənir.

Türk Quru Qüvvələri: 55,580 hərbi vasitə və artilleriya sistemi ilə dünyanın ən güclü quru orduları arasında yer alır.

Türk Donanması: Müasir sualtı gəmilər və döyüş gəmiləri ilə donanma güclü mövqedədir.

Bu hesabat Türkiyənin hərbi gücünün sürətlə inkişaf etdiyini və regional lider kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin