NATO “Baltik qvardiyası” əməliyyatına başladı

21:00 - 14 Yanvar 2025

NATO “Baltik qvardiyası” əməliyyatına başladı

NATO-nun Baş katibi Mark Rutte “Baltik qvardiyası” əməliyyatının başlandığını elan edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu haqda Helsinkidə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Rutte Şimali Atlantika Alyansının Finlandiya ilə Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətində olduğunu bildirib.

O, həmçinin “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib. Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin