İspaniya klubunun futbolçusu həbs edildi

18:51 - 14 Yanvar 2025

İspaniya klubunun futbolçusu həbs edildi

İspaniya təmsilçisi "Sevilya"nın müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək həbs edilib.

 

Manset.az El Confidencial-a istinadən xəbər verir ki, o yaxınlarının pul qazanması üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.

İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış polislər tərəfindən aparılır. 22 yaşlı müdafiəçi ötən mövsüm ümumilikdə 10 dəfə sarı vərəqə ilə cəzalandırılıb. O, son 9 oyunda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

K. Salas bu əməlinə görə altı aydan üç ilədək həbs cəzası ala bilər.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin