Xankəndiyə ilk qadın müstəntiq təyin edildi

15:41 - 14 Yanvar 2025

Xankəndiyə ilk qadın müstəntiq təyin edildi

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb. 

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

“Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”.

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin