İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
12:49 - 14 Yanvar 2025
Ötən gün baş tutan Xalq konsertində 106.3 FM-in Hissin “Best”ini “İlin mahnısı” seçməsi müğənni Səidə Sultanı özündən çıxarıb.
Manset.az Olay.az-a istinadən xəbər verir ki, sənətçi məsələyə etirazını bildirib. O vurğulayıb ki, 2024-də bu ünvana həmin mahnıdan daha layiqli hitlər yayımlanıb:
“Dünən möhtəşəm xalq konsertində oldum. 106.3 FM “İlin mahnısı” mükafatını verdi. Sizcə, nə qədər doğrudur ki, il ərzində 1,8 milyon dinlənilən mahnı “İlin mahnısı” adına layiq olsun.
Əslinə qalsa, ilin mahnısı adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin. Elə biri “S.O.S”. Tutaq ki, Aygünə mükafatı vermək istəmədiniz, o zaman Röyanın “Zülmətəm”i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin “İstədim”, mənim “Əydi qəddimi”, Günay İbrahimlinin “Mən beləyəm” mahnılarını da görmədiniz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiniz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsinizsə, “Çini çaydan” mahnısı seçdiyiniz mahnıdan daha çox layiq idi”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin