İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
12:32 - 14 Yanvar 2025
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üç qənd məhsulunda uyğunsuzluq aşkarlayıb.
Manset.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Agentlik keçirdiyi monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edib.
Götürülən nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Lakin 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.
Eyni zamanda müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. İki müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları aşağıdakılardır:
№ |
Məhsulun adı |
Məhsulun istehsalçısı |
Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixi |
Aşkar edilmiş uyğunsuzluq |
1. |
"Qidam" əmtəə nişanlı qənd |
"Elhay" MMC |
20.10.2024-20.10.2025 |
Kükürd dioksid |
2. |
"ВАШ УРОЖАЙ" əmtəə nişanlı kəllə qənd |
fiziki şəxs Musazadə İsa |
16.11.2024-16.11.2025 |
Kükürd dioksid |
3. |
"Özşəkər" əmtəə nişanlı qənd |
fiziki şəxs Kərimov Cavid |
16.11.2024-16.11.2025 |
Kükürd dioksid |
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin