"Yaprak Dökümü" serialının məşhur aktrisası vəfat etdi - FOTO

10:13 - 14 Yanvar 2025

"Yaprak Dökümü" serialında Neyyir Hanım obrazı ilə yadda qalan peşəkar aktrisa Bedia Ener 70 yaşında dünyasını dəyişib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Yaprak Dökümü" serialında Neyyir Hanım obrazı ilə yadda qalan aktrisa Bedia Ener 70 yaşında dünyasını dəyişib. “Kırık Kanatlar”, “Bir Zamanlar Osmanlı”, “Ada Masalı” və “Mahallenin Muxtarları” kimi mühüm layihələrdə də iştirak edən Enerin vəfat xəbəri yaxınlarını dərindən kədərləndirib.

Sənətçinin ölüm xəbərini yaxınları sosial şəbəkədə “Hoşçakalın, ben melek oldum…” qeydi ilə paylaşıb.

Aktrisanın oğlunun paylaşımı anasının sosial media hesabından etdiyi bildirilərkən həyat yoldaşı Çətin Öztep də sosial media hesabında Bedia Enerin fotosunu paylaşaraq "Aşkım melek oldu" qeydini yerləşdirib.

Ekran Görüntüsü 2025 01 14 082225

 


Xəbər xətti

14 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin