Üçtərəfli görüşün vaxtı AÇIQLANDI
14 Yanvar 2025
09:13 - 14 Yanvar 2025
Almaniya, Polşa, Fransa, İtaliya və Böyük Britaniyanın müdafiə nazirləri Polşada keçirilən görüşdə Ukraynaya silah və lazımi materiallar şəklində əlavə dəstək verəcəklərini açıqlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Məqalədə qeyd edilir ki, bu beş ölkə Avropa və Ukrayna silah istehsalçıları arasında daha sıx əməkdaşlığa ümid edir. Pistoriusun sözlərinə görə, bu, ilk növbədə PUA və döyüş sursatlarının istehsalına aiddir. Bundan əlavə, söhbət hərbi ehtiyaclar üçün ukraynalıların təcrübəsi sayəsində hazırlanmış kompüter proqramlarından gedir, deyə o qeyd edib.
“Beləliklə, bu əməkdaşlıqdan hər iki tərəf faydalanır”, - Pistorius bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin