Bolqarıstan XİN əməkdaşları qaçaqmalçılığa görə saxlanıldı

23:40 - 13 Yanvar 2025

Bolqarıstan XİN əməkdaşları qaçaqmalçılığa görə saxlanıldı

Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları ölkə sərhədində siqaret qaçaqmalçılığına görə saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları Serbiya ilə sərhəddə yerləşən Kalotina keçid məntəqəsində diplomatik poçt adı altında qaçaqmalçılıq yolu ilə bir neçə min qutu siqaret keçirməyə cəhd ediblər. Məsələ ilə bağlı istintaq davam edir. Hadisə barədə Bolqarıstan Milli Televiziyası, BTV kanalı və digər KİV məlumat yayıb


Xəbər xətti

14 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin