Timsah qızının gözü qarşısında qadını PARÇALADI

22:45 - 10 Yanvar 2025

Timsah qızının gözü qarşısında qadını PARÇALADI

Keniyada qadın timsahın qurbanı olub. 

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Faciə yanvarın 5-də Viktoriya gölünün sahilində baş verib. 32 yaşlı Elizabet Akinyi Oketç və qızı su toplamaq üçün Kopiata çimərliyinə gəliblər. Oketç su yığıb qurtarana yaxın qəfildən göldən bir timsah peyda olub və onu tutub suya sürükləyib.

Hücum onun azyaşlı qızının gözü qarşısında baş verib. Anasına kömək edə bilməyən qız kəndə qaçaraq hadisəni qonşularına və qohumlarına çatdırıb. Kənd sakinləri sahilə çatdırsalar da, Öketçi xilas edə bilməyiblər. Daha sonra balıqçılar onun parçalanmış cəsədini tapıblar.


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin