İcra başçıları Bakıda bina tikə bilməyəcək - "Tikinti maqnatları"na qadağa
11 Yanvar 2025
21:35 - 10 Yanvar 2025
ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əsasən "Qazprom Neft", "Surgutneftegaz", "Zarubejneft" və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə edib.
Bundan əlavə, “İnqosstrax” və “AlfaStrakhovanie” sığorta şirkətləri də "qara siyahı"ya düşüblər.
Sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin