İcra başçıları Bakıda bina tikə bilməyəcək - "Tikinti maqnatları"na qadağa
10 Yanvar 2025
18:50 - 10 Yanvar 2025
Sabunçu rayonunda naməlum şəxs kompleksin gözətçisini hədələyib, 10 min manatlıq oğurluq edib.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10 min manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin