"Ukrayna Rusiya qazının tranzitinin bərpasını planlaşdırmır" - Ukraynanın Baş naziri

18:30 - 10 Yanvar 2025

“Rusiya qazının tranzitinin bərpasını planlaşdırmırıq”.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Ali Radada bəyan edib.

Onun sözlərinə görə, hazırda prioritet məsələ hasilat həcminin, eləcə də perspektiv vəd edən qaz yataqlarına sərmayələrin cəlbindən ibarətdir.

“Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti ergetika sahəsinin dayanıqlığının vacib elementi olaraq qalır. Biz Rusiya qazının tranziti üzrə razılaşma imzalamaq fikrimiz yoxdur”.

Baş nazir onu da əlavə edib ki, həm Energetika Nazirliyinin, həm də “Naftoqaz” şirkətinin qarşısında “Ukrayna – Avropanın qaz xəzinəsi” konsepsiyasının inkişafına diqqət yetirmək məsələsi dayanıb.

Qeyd edək ki, ötən il ölkədə qaz hasilatının həcmi 2023-cü ilə nosbətdə 2,2 faiz artaraq, 19 milyard kubmetr təşkil edib.


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin