Son günlər hava niyə mülayim keçir? - AÇIQLAMA

17:14 - 10 Yanvar 2025

Son günlər hava niyə mülayim keçir? - AÇIQLAMA

"Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur".

 

Manset.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti qeydə alınıb:

"Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib".

G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakııda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin