İcra başçıları Bakıda bina tikə bilməyəcək - "Tikinti maqnatları"na qadağa
10 Yanvar 2025
15:19 - 10 Yanvar 2025
Norveç 3 ildir davam edən müharibədə Ukraynaya tarixinin ən böyük hərbi yardımını verməyə hazırlaşır. İki ölkənin müdafiə nazirlərinin görüşündən sonra Norveçin 2025-ci ildə Ukraynaya hərbi yardım üçün təxminən 2 milyard dollar ayırdığı açıqlanıb.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Norveç üç ildir davam edən müharibədə Ukraynanın ən sadiq tərəfdarlarından biridir.
Ukraynanın müdafiə naziri Rustem Umerov yanvarın 9-da norveçli həmkarı ilə görüşündən sonra verdiyi açıqlamada ölkənin 2025-ci ildə Ukraynaya hərbi yardım üçün təxminən 2 milyard dollar ayırdığını açıqlayıb.
Bundan əvvəl Norveçin baş naziri Jonas Gahr Stoere dekabrın 16-da Ukrayna donanmasının gücləndirilməsi və Rusiyanın Qara dənizdəki təhdidlərinin qarşısını almaq üçün 242 milyon dollar dəstək elan etmişdi.
Umerov bildirib ki, 2025-ci ildə Ukraynaya ediləcək yardım Norveç tarixində ən böyük hərbi yardım paketi olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin