İcra başçıları Bakıda bina tikə bilməyəcək - "Tikinti maqnatları"na qadağa
10 Yanvar 2025
14:15 - 10 Yanvar 2025
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.
Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.
Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.
Məlumat üçün bildirək ki, əvvəllər kənd təsərrüfatı naziri (2004-2013) işləmiş İsmət Abbasov da sonradan baş nazirin müavini (2013-2018) vəzifəsində işləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin