"Bu məsələyə Baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq" - Samir Şərifov
10 Yanvar 2025
10:15 - 10 Yanvar 2025
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məşhur hava proqnozu platforması olan Windy.com məlumat yayıb.
Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər.
Qeyd edək ki, Windy.com dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin