Kaliforniyada yanğınların zərəri 50 milyard dollara çatıb

23:15 - 9 Yanvar 2025

Kaliforniyada yanğınların zərəri 50 milyard dollara çatıb

ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınların iqtisadi zərəri təxminən 50 milyard dollar qiymətləndirilir.

 

Manset.az xəbər verir ki, bu haqda ABŞ-nin “JPMorgan Chase” bankının öz müştərilərinə yazdığı məktubda deyilir.

"Yanğınlardan gözlənilən iqtisadi zərər dünəndən iki dəfədən çox artıb və 50 milyard dollara yaxınlaşır", - deyə məktubda bildirilir.

Qeyd edək ki, Kaliforniyada vəziyyət son dərəcə gərgin olaraq qalır. Los-Anceles dairəsi on minlərlə sakin üçün məcburi təxliyə əmri verib.

Şəhərin yanğınsöndürmə rəisi bu qədər böyük yanğınla mübarizə aparmaq üçün kifayət qədər vəsaitin olmadığını deyib.

Güclü küləklər vəziyyəti çətinləşdirir, aviasiya əməliyyatlarını dayandırır.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin