Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO
10 Yanvar 2025
14:31 - 9 Yanvar 2025
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.
Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin