Peskovdan vurulan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

14:15 - 9 Yanvar 2025

Peskovdan vurulan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinq zamanı jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya qarşı ittihamlarına Moskvanın münasibəti ilə bağlı sualını cavablandırıb.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Peskov vurğulayıb ki, Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev 2 dəfə telefonla danışıblar və Putin üzr istəyib.

“İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq aparılır. Biz qəza ilə bağlə təəssüf hissi keçirdiyimizi bildirmişik. Müvafiq komissiyanın işinin nəticəsini gözləyirik. Mütəxəssislərimiz tam əməkdaşlığı təmin edir”, - Peskov jurnalistlərə bildirib.

O, aydınlaşdırıb ki, Rusiya tərəfi “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı tamamilə obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin