Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı
9 Yanvar 2025
10:32 - 9 Yanvar 2025
Yaponiya Hava Yollarına məxsus təyyarənin Tokiodakı Haneda hava limanına eniş zamanı təkəri partlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tokio Haneda Beynəlxalq Hava Limanında Japan Airlines şirkətinə məxsus təyyarədə qəza baş verib. Eniş zamanı Komatsudan uçan təyyarənin təkərlərindən biri partlayıb. Lakin hadisəyə baxmayaraq, təyyarə sağ-salamat eniş edib və hadisədən xəsarət alan olmayıb.
65 sərnişin və ekipaj üzvlərini daşıyan təyyarə təhlükəsiz şəkildə enib. Təyyarə yerə endikdən sonra təkərləri dəyişdirilib və terminala göndərilib.
Hadisə uçuş-enmə zolağının 25 dəqiqə bağlanmasına və 15 reysin gecikməsinə səbəb olub. Bundan əlavə, eyni təyyarə ilə həyata keçirilməli olan 2 reys ləğv edilib.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin