ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib

23:40 - 8 Yanvar 2025

ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənin şimalını idarə edən husilərin Səna və Omran əyalətlərindəki hərbi obyektlərinə zərbələr endirib.

 

Manset.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə Səna administrasiyasındakı mənbə məlumat verib.

“ABŞ və Britaniya qırıcıları tərəfindən endirildiyi güman edilən zərbə Sənanın cənubundakı Sənhan rayonunda yerləşən Cərban hərbi düşərgəsini hədəf alıb”, - agentliyin mənbəsi qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə 29-cu Mexanikləşdirilmiş Briqadanın Şimali Omran əyalətindəki Əl-Cəbəl Əl-Əsvəd bölgəsindəki obyektlərini hədəf alıb.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin