Dərs və iş saatları ilə bağlı mühüm xəbər - DƏYİŞDİRİLİR?
9 Yanvar 2025
19:10 - 8 Yanvar 2025
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı Milli Xəstəxanadan evə buraxılıb.
Manset.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, daha bir zərərçəkənin neyrotravma şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davam etdirmək üçün Qırğızıstana göndəriliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin