Fransanın xarici işlər naziri Trampın sözlərinə reaksiya verdi

17:38 - 8 Yanvar 2025

Fransanın xarici işlər naziri Trampın sözlərinə reaksiya verdi

Avropa İttifaqı heç bir dövlətin ittifaqın suveren sərhədlərini pozmasına icazə verməyəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

O, Amerikanın yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi planları ilə bağlı sözlərinə reaksiya verib.

Barro Vaşinqtonun adanı fəth etmək qabiliyyətinə şübhə edib.

"Aİ dünyanın digər ölkələrinə, kim olmasından asılı olmayaraq, onun suveren sərhədlərinə hücum etməyə icazə verə bilməz.”, - Barro əmin edib.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin