Manset.az-ın xəbəri təsdiqləndi - Türkiyə futbolunda VAR əcnəbi hakimlər olacaq
9 Yanvar 2025
16:20 - 8 Yanvar 2025
Böyük Britaniyada qar fırtınası səbəbindən 30 nəfərə yaxın insan dağlıq barda sıxışıb qalıb.
Manset.az BBC-yə istinadən xəbər verir ki, onlar müəssisədə bir neçə gün qalmağa məcbur olublar.
Tan Hill Inn barı Mançesterdən yüz kilometr aralıda, Yorkshire Dalesdə, 528 metr yüksəklikdə yerləşir. 30-a yaxın adam qarın altında qalıb, onlardan 23-ü ziyarətçi, 6-sı işçi olub. Qar fırtınası yalnız 4 gündən sonra sakitləşib.
Bütün bu müddət ərzində müəssisənin qonaqları qapalı qalıblar, lakin bu vəziyyət onları çox da narahat etməyib. Bu müddət ərzində qonaqlar dost və “bir böyük ailə” olublar.
"Hamımız nömrələrimizi bir birimizə verdik, həyat haqqında hekayələr mübadiləsi apardıq, güldük, ağladıq", - ziyarətçilər qeyd ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin