ChatGPT ilə partlayış təşkil edildi

13:14 - 8 Yanvar 2025

ChatGPT ilə partlayış təşkil edildi

Tesla Cybertruck partlayışında şübhəli bilinən şəxs cinayəti planlaşdırmaq üçün ChatGPT-dən istifadə edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Las-Veqas polisinin şerifi Kevin McMahill məlumat yayıb.

"Şübhəlinin hücumu planlaşdırmaq üçün ChatGPT süni intellektindən istifadə etdiyinə dair sübutlarımız var", - şerif bildirib.

Polisin sözlərinə görə, şübhəli Metyu Livelsberger ona nə qədər partlayıcı lazım olduğunu və fişəngi haradan ala biləcəyini öyrənmək üçün süni intellektdən istifadə edib.

McMahill qeyd edib ki, bu ChatGPT-nin ABŞ-da onun bildiyi ilk dəfə belə məqsədlər üçün istifadə edilməsi halıdır. Hakimiyyət nümayəndəsi süni intellektin şübhəli şəxsə hansı cavabları verdiyini açıqlamayıb.

ChatGPT-ni inkişaf etdirən OpenAI şirkətinin əməkdaşı onun süni intellekt modellərinin cinayət hazırlamaq üçün nəzərdə tutulmadığını bildirib və istifadəçiləri qanunsuz hərəkətlərə yol verməmək barədə xəbərdarlıq edib. Təşkilatın nümayəndəsi bu hadisədən üzüldüyunu etiraf edib.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin