Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı
9 Yanvar 2025
11:14 - 8 Yanvar 2025
Tohoku Universitetinin professoru Hiroşi Yoşidanın son hesablamalarına görə, doğum nisbətinin aşağı düşməkdə davam etdiyi Yaponiyada 2720-ci ildə 14 yaşından kiçik yalnız bir uşaq qalacaq. O, aydınlaşdırıb ki, bu, əvvəlki hesablamalara görə gözləniləndən 100 il daha tezdir.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hesablama üçün xüsusi onlayn saat yaradılmışdır. Onların fikrincə, ölkədə bir uşaqdan başqa uşaq olmayacaq gün 2720-ci il yanvarın 5-də gələcək. 2023-cü il aprelin 1-də edilən əvvəlki hesablamalar bu nəticələrin 2821-ci il oktyabrın 27-də baş verəcəyini göstərirmiş.
Bildirilir ki, hazırda Yaponiyanın ümumi əhalisinin yalnız təxminən 11%-i 15 yaşdan aşağıdır. Üstəlik, əhalinin demək olar ki, 30%-i 65 yaşdan yuxarıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin