Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı
9 Yanvar 2025
10:50 - 8 Yanvar 2025
"Real Madrid"in vingeri Vinisius Junior İspaniya Primerasının 12-ci turunun "Valensiya" ilə oyununda (1:2) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Braziliyalı futbolçu iki matçı buraxmaqla yanaşı, 600 avro, Madrid klubu isə 700 avro ödəməli olacaq. Eyni zamanda, Vinisius yanvarın 9-da “Real Madrid”in “Malyorka” ilə qarşılaşacağı İspaniya Superkubokunda iştirak edə biləcək.
Xatırladaq ki, "Valensiya" ilə matçda qırmızı vərəqə almamışdan əvvəl Vinisius qazonda oturmuşdu. Bir anda qapıçı Stole Dimitrievski arxadan ona yaxınlaşaraq başına toxunmuşdu. Buna cavab olaraq braziliyalı qapıçının üzünə zərbə endirib, meydandan qovulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin