Manset.az-ın xəbəri təsdiqləndi - Türkiyə futbolunda VAR əcnəbi hakimlər olacaq
9 Yanvar 2025
09:21 - 8 Yanvar 2025
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) rəhbərliyi çətin durumla üzləşib.
Manset.az Prosport.az -a istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrın 28-də bu federasiyaya prezident seçilmiş Kamran Nəbizadə artıq quruma rəhbərlik edə bilməyəcəyini başa düşüb.
Buna səbəb ölkə başçısı İlham Əliyevin qərarıdır. Çünki Prezident 2017-ci il 6 noyabr tarixli fərmanı ilə yaratdığı, K.Nəbizadənin baş direktoru olduğu Azərbaycan Sənaye Korporasiyasının (ASK) fəaliyyətinin lüzumsuz olduğuna qərar verib. ASK ölkə başçısının 27 dekabr tarixli sərəncamı ilə ləğv edilib.
ASK-ın “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC müəssisələri isə Müşahidə Şurasının sədri Əli Əsədov (Baş nazir), İdarə Heyətinin sədri Mətin Eynullayev (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi) olan Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
53 yaşlı Qazaxdan sabiq deputat olan K.Nəbizadə artıq anlayır ki, tezliklə "ASK Arena" da ondan alınacaq. Çünki İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb 2 ay müddətində Prezidentə təqdim etməlidir.
Ötən il Mili Karate Federasiyasının "ASK Arena"dakı məşq yerini əlindən alaraq özünə təlim-məşq bazası qurmuş AAF rəhbərliyi artıq özü yurdsuz qalmaq zərurəti ilə üzləşib. Ən pisi isə odur ki, Avropada heç kimin yaxın durmadığı, yalnız Azərbaycanın öz üzərinə götürdüyü Beynəlxalq Tədris Mərkəzi də məhz "ASK Arena"da olmalıdır (Dekabrın 4-də Bəhreynin paytaxtı Manamada keçirilmiş Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsi yeganə namizəd olan Azərbaycana bu hüququ verib – red.).
Kamran Nəbizadənin postundan ayrılması isə onun həmyerlisi, güləş aləmindən tanınan, daha sonra voleybol və basketbolda fəaliyyətləri olmuş vitse-prezident Firdovsi Umudovun postundan getməsi demək olacaq. Çünki Firdovsi Umudov belə mötəbər vəzifəyə yalnız Kamran Nəbizadəyə görə təyin edilib. Umudovun isə bu sadiqliyi nümayiş etdirəcəyi gözlənilir.
Əslində federasiya ötən mövsüm Olimpiadaya atlet göndərə bilmədiyi üçün fiasko yaşayıb. Dadaş Dadaşbəylinin heç kimə lazım olmayan Tailanddakı Dünya Kubokundakı medalları lisenziya qazanmağa kömək olmadı. Bu səbəbdən federasiya rəhbərliyinin tezliklə keçirilməli olan hesabat-seçki yığıncağında hansı fikirləri səsləndirəcəyi maraqla gözlənilir.
Hər halda yaxın 2 ay ərzində bu federasiyada olacaq dəyişiklikləri diqqətdə saxlayacağıq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin