PSJ-nin məşhur futbolçuya 55 milyon borcu var

19:50 - 7 Yanvar 2025

PSJ-nin məşhur futbolçuya 55 milyon borcu var

Fransanın PSJ klubu sabiq futbolçusu Kilian Mbappeyə olan 55 milyon avro borcunu ödəməyib.

 

Manset.az L'Equipe nəşrinə istinadən xəbər verir ki, bu məbləğə 26 yaşlı hücumçunun komanda ilə 2024-cü ilin yayında başa çatan müqaviləsi üzrə maaş və bonusları daxildir.

 

Ulduz oyunçu tərəfindən Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya məhkəməsində iddia qaldırıldığı və bu yaxınlarda dinləmələrin keçiriləcəyi bildirilib. Həmçinin, PSJ “klubun lisenziyalaşdırılması və maliyyə sabitliyi haqqında” reqlamentin pozulması səbəbindən UEFA tərəfindən sanksiyalarla üzləşə bilər. Reqlamentə əsasən, avrokuboklarda iştirak edən klubların iyulun 15-i, oktyabrın 15-i və yanvarın 15-dən etibarən işçilərinə heç bir borcu olmamalıdır. Qanun pozuntuları aşkar olunarsa, klub avrokuboklardan və ya növbəti mövsümlərdə keçiriləcək yarışlardan kənarlaşdırıla bilər.

 

Fransa Peşəkar Futbol Liqası klubdan tez bir zamanda borcunu ödəməyi tələb edib. Hazırda İspaniya təmsilçisi “Real Madrid”də çıxış edən Kilian Mbappenin nümayəndələri UEFA-dan mövcud qaydalara uyğun ədalətli qərar gözlədiklərini bildiriblər.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin