Əməliyyat zamanı doğum günü - Cərrah xəstənin həyatını heçə saydı
8 Yanvar 2025
19:20 - 7 Yanvar 2025
Fransanın PSJ klubuna UEFA tərəfindən sanksiya tətbiq oluna bilər.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Paris təmsilçisinin hazırda İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappeyə olan borcudur.
Futbolçunun vəkilləri dekabrın 20-də Fransa Futbol Federasiyasının Ali Apellyasiya Komissiyasına paytaxt klubuna sanksiyalar tətbiq olunması tələbi ilə şikayət ediblər. Buna baxmayaraq, klub hələ də hücumçuya ödəniş etməyib.
Xatırladaq ki, sentyabrda Fransa Peşəkar Futbol Liqası (LFP) Paris təmsilçisinin hücumçuya 55 milyon avro borcunu ödəməsi ilə bağlı qərar çıxarıb. K.Mbappe ötən ilin yayında PSJ-dən "Real"a azad agent kimi keçib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin