Əməliyyat zamanı doğum günü - Cərrah xəstənin həyatını heçə saydı
8 Yanvar 2025
19:10 - 7 Yanvar 2025
Qvineya müxalifəti "Qvineyanın canlı qüvvələri" koalisiyasında birləşərək hərbçilərin hakimiyyətə gəlməsindən sonra ilk dəfə hökumət əleyhinə nümayiş keçirib.
Manset.az xəbər verir ki, bu barədə Qvineyanın “Guinee 360” xəbər portalı məlumat yayıb.
Ölkənin paytaxtı Konakri şəhərində polislə toqquşmalarla müşayiət edilən nümayiş zamanı bir nəfər həlak olub, yaralananlar var. Polis çoxsaylı həbslər həyata keçirib.
Müxalifət etiraz aksiyalarını davam etdirəcəyini bəyan edib. "Biz ölkə vətəndaşlarını səfərbər olmağa və hərbçilərin hakimiyyətdən getməsini, Qvineyada mülki idarəetmə formasının bərqərar olmasını tələb etməyə çağırırıq", - koalisiyanın bəyanatında qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin