İnsident törədən idmançılar federasiyadan kənarlaşdırıldılar

18:30 - 7 Yanvar 2025

İnsident törədən idmançılar federasiyadan kənarlaşdırıldılar

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisə ilə bağlı qərarlar verib.

 

Manset.az-ın məlumatına görə, I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.

Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.

Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib

Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.

Qeyd edək ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Bu gün onlar barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin