Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

14:11 - 7 Yanvar 2025

Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.


QSC-dən Manset.az-a verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi. Gedişhaqqı tariflərinin tənzimlənməsi isə Tarif Şurasının səlahiyyətindədir.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin