Təyyarə qəzasında həlak olanların bank borcları silindi
8 Yanvar 2025
12:47 - 7 Yanvar 2025
Fransada meymun çiçəyinin yeni ştammı aşkar edilib.
Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransada Mpox Clade 1b-nin yeni variantına ilk yoluxma halı qeydə alınıb. Bretanda yaşayan bir qadının Ren Universitet Xəstəxanasında Clade 1b adlı yeni bir virus üçün verdiyi test müsbət çıxıb. Onun vəziyyətinin stabil olduğu və Breton xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində müalicə aldığı bildirilir.
Məlumata görə, bu qadın ilin əvvəlindən xəstəliyin aktiv şəkildə yayıldığı Afrikaya getməyib. Onun Konqo Demokratik Respublikasından qayıdan bir kişidən yoluxmuş ola biləcəyi ilə bağlı fərziyyələr var. Yeni Clade 1b virusu Almaniya və Böyük Britaniyadan sonra ilk dəfə Fransada, üçüncü dəfə isə Avropada müşahidə edilir.
Xatırladaq ki, əvvəllər meymun çiçəyi kimi tanınan Mpox, heyvanlardan insanlara və həmçinin insandan insana keçən viral xəstəlikdir. Qızdırma, əzələ ağrısı və dəri səpkilərinə səbəb olur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin