Tibetdə zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

13:30 - 7 Yanvar 2025

Tibetdə zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

Tibetdə zəlzələ qurbanlarının sayı artaraq 95 nəfərə çatıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Saat 15:00-a (Bakı vaxtı ilə 11:00) olan məlumata görə, Tibet Muxtar Rayonunun Tinqri bölgəsində baş vermiş zəlzələ nəticəsində 95 nəfər ölüb, 130 nəfər yaralanıb”, - deyə yerli hakimiyyət orqanlarına məlumat verilib.

 

09:36

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində zəlzələ baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Zəlzələ 6,8 bal gücündə olub. Yeraltı təkanların episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə yerləşən Tinqri kəndi olub. İlkin olaraq 9 nəfərin öldüyü bildirilmişdi, lakin son məlumatlara görə, Tibetdə zəlzələ qurbanlarının sayı 53 nəfərə yüksəlib, 62 nəfər isə yaralanıb.

Agentlik qeyd edir ki, yeraltı təkanlar Nepal, Butan və Hindistanda da hiss olunub.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin