Bu ölkə də BRİKS-in üzvü oldu

21:30 - 6 Yanvar 2025

Bu ölkə də BRİKS-in üzvü oldu

İndoneziyanın BRİKS-in tamhüquqlu üzvü olub.

 

Modern.az xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qərar 2023-cü ildə Yohannesburqda keçirilən sammit zamanı qrupun bütün ölkələri tərəfindən təsdiqlənib .

Qeyd olunur ki, İndoneziyanın qrupa daxil edilməsi ilə bağlı qərar 2024-cü ildə ölkədə keçirilən prezident seçkiləri və yeni hökumətin formalaşmasından sonra qəbul edilib. Braziliya Xarici İşlər Nazirliyi ölkəni Cənub-Şərqi Asiyanın əhalisi və iqtisadi ölçüsü baxımından əsas ölkələrdən biri adlandırıb. Nazirlik bildirib ki, İndoneziyanın BRİKS-ə daxil olması Qlobal Cənub ilə əməkdaşlığa müsbət təsir edəcək.

 

İndoneziya ilə yanaşı, Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan 2025-ci ildən BRİKS-in tərəfdaşları olublar.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin